İranın cənubunda avtobusun qəzaya düşməsi nəticəsində azı 13 nəfər ölüb, 22 nəfər isə yaralanıb.
Gununsesi.info xəbər verir ki, avtobus Sircan – Neyriz trası ilə gecə hərəkət edərkən dərəyə yuvarlanıb.
İlkin məlumatlara görə, avtobus sürücüsü idarəetməni itirib və bu da qəzaya səbəb olub.
Xəsarət alanlar xəstəxanaya çatdırılıb. Onların bəzilərinin vəziyyəti ağırdır. Polis qəza qurbanlarının sayının arta biləcəyini qeyd edib.
(Report, RİA Novosti)