İranda amerikalı iş adamı 10 il azadlıqdan məhrum edildi

  • By admin
  • 18 Yanvar 2021 17:07

Amerikalı iş adamı Emad Şarqi İran səlahiyyətliləri tərəfindən casusluqda ittiham olunaraq 10 il həbs cəzasına məhkum edilib.

Gununsesi.org xəbər verir ki, bu barədə “NBC” telekanalı Şarqi ailəsinə yaxın olan bir şəxsin açıqlamasına istinadən məlumat verib.

İran-Amerika vətəndaşlığı olan 56 yaşlı Şarqi casusluqda təqsirləndirilərək 30 noyabr tarixində Tehranda məhkəməyə çağırılıb və heç bir məhkəmə araşdırması olmadan 10 il həbs cəzasına məhkum edilib. O vaxtdan bəri ailəsinin ondan heç bir xəbər almadığı bildirilib.

Bununla da Şarqi İran həbs olunan İran mənşəli dördüncü Amerika vətəndaşı olub.

Gununsesi.org