İranda avtobus aşdı - 12 ÖLÜ, 33 YARALI

  • By admin
  • 01 Sentyabr 2017 10:20

iran_ambulans_374765

İranın cənubundakı Fars əyalətində məktəbli qızları daşıyan avtobus qəzaya uğrayıb.

Gununsesi.info Trend-ə istinadən bildirir ki, avtobusun aşması nəticəsində 12 nəfər həlak olub, 33 nəfər isə xəsarət alıb.

Qeyd olunur ki, avtobus məktəbliləri Hörmüzgan əyalətindən gətirirmiş.

Qəzanın baş vermə səbəbləri hələ məlum deyil. Hadisə ilə bağlı araşdırma başlayıb.

Gununsesi.info