İranda avtobus körpüdən aşdı - 51 yaralı

İranın şimalında ağır yol-nəqliyyat hadisəsi baş verib.

Gununsesi.info “ISNA” agentliyinə istinadən xəbər verir ki, sərnişin avtobusu Simnan-Damğan avtomobil yolunda körpüdən aşıb.

Hadisə nəticəsində yaralanan 49 nəfər xəstəxanalara çatdırılıb. Daha 2 nəfərə isə hadisə yerində tibbi yardım göstərilib.

İlkin məlumata görə, qəza zamanı ölən olmayıb.

Gununsesi.info