İranda azərbaycanlı ailə sürgün edildi -FOTO

Etiraz aksiyaları zamanı hökumət qüvvələrinin üzvünün öldürülməsi ilə bağlı şərlənən azərbaycanlı rentgenoloq Həmid Qarahəsənli və onun həyat yoldaşı, kardioloq Fərzanə Qarahəsənlini 20 il sürgündə həbs cəzası alıb.

Gununsesi.info Azadİran-a istinadən xəbər verir ki, hakim Asif Əl-Hüseyninin sədrliyi ilə keçirilən məhkəmə prosesinin sonunda Həmid Qarahəsənli Yəzd şəhərinə 15 il, həyat yoldaşı Fərzanəni isə Məşhəd şəhərinə 5 il sürgündə həbs cəzasına məhkum ediliblər.

Bildirilib ki, Həmidin və Fərzanənin səhhəti ürəkaçan deyil. Həmid Qarahəsənli fiziki işgəncəyə məruz qalmasından sonra çanaq sümüyü və ağciyərindən ciddi xəsarət alıb.

İşgəncələr zamanı davamlı olaraq baş nahiyəsindən aldığı zərbələr nəticəsində Həmid Qarahəsənlinin baş-beyin nahiyəsində də zədələnmələr var.

Fərzanə xanım da bir çox fiziki işgəncələrlə qarşılaşıb və infeksiyaya yoluxub. O, müalicə hüququndan məhrum edilib.

 

 

Şəbnəm

Gununsesi.info