İranda azərbaycanlılar ciddi təhlükə ilə üzləşsə, rəsmi Bakı ciddi mövqe sərgiləyəcək - QÜDRƏT HƏSƏNQULİYEV

  • By admin
  • 16 Yanvar 2026 10:54

Son zamanlar İranda baş qaldıran xalq etirazları dünyanın əsas xəbərlərindən birinə çevrilib.

 

Bu proseslə bağlı ABŞ başda olmaqla , dünyanın əksər dövlətləri İran xalqının bu etirazlarını dəstəkləsə də rəsmi Bakı susur.

 

Gununsesi.info-ya açıqlamasında ƏHD Partiyasının lideri, deputat Qüdrət Həsənquliyev bu mövzunu şərh edib:

 

Partiya sədri bildirib ki, Azərbaycan XİN-nin İranda baş verən hadisələrə  reaksiya verməməsini  doğru sayır:

”Azərbycan İranla əlaqələrə həmişə böyük diqqət yetirib və istəmir ki, nə bu gün, nə sabah münasibətlərdə əlavə gərginlik yaşansın. Amma orada hadisələr daha dəhşətli xarakter alsa, azərbaycanlılar ciddi təhlükə ilə üzləşsə, inanıram ki, o zaman ciddi mövqe də olacaq”.

 

Afət Abbasova

Gununsesi.info