İranda Azərbaycan dilində film çəkiləcək

  • By admin
  • 09 Noyabr 2017 11:10

İranda Azərbaycan dilində “Ögey gəlin” adlı yeni film çəkiləcək.

Gununsesi.info AZƏRTAC-a istinadən xəbər verir ki, təbrizli rejissor Əsgər Yüsifinejad filmin İranın kinoteatrlarında nümayiş etdiriləcəyini bildirib.

Hazırda filmin ssenarisi üzərində işlədiyini deyən Ə. Yusifinejad yaxın günlərdə ssenarini tamamlayacağını və çəkilişlərə başlayacağını bildirib. Çəkilişlər Təbriz və Tehran şəhərlərində aparılacaq.

Xatırladaq ki, rejissorun Azərbaycan dilində çəkdiyi “Ev” adlı birinci filmi ötən ay Tokio və Avstraliyada keçirilən festivallarda nümayiş olunub.

Gununsesi.info