
İranın Qərbi Azərbaycan vilayətinin Xoy şəhərində 4,4 maqnitudalı zəlzələ olub.
Gununsesi.info xəbər verir ki, bu barədə Türkiyənin Fəlakət və Fövqəladə Halların İdarə Olunması İdarəsi (AFAD) məlumat yayıb.
İdarənin verilənlərinə əsasən, Bakı vaxtı ilə 22:01-də qeydə alınmış yeraltı təkanların ocağı 7 km dərinlikdə yerləşib. Zəlzələ Naxçıvan Muxtar Respublikasında 3 bala qədər hiss olunub.
Gununsesi.info