İranda bizim tariximizi təhrif edirlər, ayrı cür yazırlar

“İranda bizim tariximizi təhrif edirlər, ayrı cür yazırlar. Mədəniyyətimizi məhv edirlər. Oradakı siyasət türk millətini yox olmağa doğru aparır”.

Gununsesi.info xəbər verir ki, bunu Güney Azərbaycan milli hərəkatı üzrə ekspert, “Ərk” insan hüquqlarının müdafiəsi təşkilatının həmtəsisçisi Maşallah Rəzmi Bakıda keçirilən “Urmu gölünün harayı” adlı tədbirdə deyib.

HTML tutorial

Onun sözlərinə görə, Urmiya gölündə ekoloji fəlakət yaşanır:

“Urmiya gölünün Azərbaycana həyati yaşam mənası var. Bu gölün ətrafında 14 milyon insan yaşayır. Hazırda gölün 95 faizi qoruyub. Keçmişdə həmin göl vasitəsilə yüklər daşınırdı”.

Gununsesi.info