İranın 10-dan çox əyalətində çörəyin indiki qiymətdən 25%-ə qədər bahalaşması gündəlikdədir.
Gununsesi.info xəbər verir ki, “Didban-e İran” saytı bu barədə bildirib.
Sayt bildirib ki, İran ildə 16,5 milyon ton buğda istehsal edir. Bunun 10 milyon tonu ənənəvi çörək zavodlarına, qalan hissəsi isə digər istehlak sahələrinə verilir.
Qeyd olunub ki, Qəzvin və Cənubi Xorasan da daxil olmaqla bir çox əyalətdə çörəyin qiymətinin artımı gözlənilir.
Gununsesi.info