İranda dəmir yolu qəzası ilə bağlı üç nəfər saxlanılıb

  • By admin
  • 26 Noyabr 2016 15:45

a89a774d-964b-459c-8057-3c3ba2ff849c_292

 

İran hökuməti Semnan əyalətində sərnişin qatarların toqquşması ilə əlaqədar dövlət dəmir yolu şirkətinin üç əməkdaşını həbs edib.

Bu barədə Gununsesi.info “RİA Novosti”yə istinadən xəbər verir.

Bildirilir ki, hadisə ilə bağlı araşdırmalar davam edir.

Xatırladaq ki, qəza dünən yerli vaxtla saat 07:40-da Şahrud şəhərinin yaxınlığında baş verib. Qatarlardan biri platformada dayandığı zaman digər qatar ona çırpılıb. Toqquşma nəticəsində 4 vaqon relsdən çıxıb, daha iki vaqon alışıb. Məlumata görə, hərəkətə edən qatarda 400 sərnişin olub. Son məlumatlara əsasən, hadisə nəticəsində 45 nəfər həlak olub.

 

Gununsesi.info