İranda daha 132 nəfər koronavirusdan öldü

İranda son sutka ərzində yeni növ koronavirusdan (COVID-19) 132 nəfər vəfat edib.

Gununsesi.info xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.  Bildirilib ki, İranda koronavirusdan ölənlərin sayı 18 264 nəfərə çatıb.

İranda son sutka ərzində koronavirusa 2 125 yoluxma halı qeydə alınıb və indiyə kimi COVID-19-a yoluxanların ümumi sayı 324 692 nəfərə çatıb.

Gununsesi.info