İranda daha 3 nəfər edam cəzasına məhkum edildi

  • By admin
  • 09 Yanvar 2023 20:32

İranda daha 3 nəfər edam cəzasına məhkum edilib.

Gununsesi.info xarici KİV-ə istinadən xəbər verir ki, həmin edamlara səbəb kimi şəxslərin nümayişlərdə təhlükəsizlik əməkdaşını qəsdən öldürmələri göstərilir.

Hazırda İranda azı 29 nəfər edam cəzası ilə mühakimə olunur.

Norveçdə yerləşən İran İnsan Haqları Təşkilatının son hesabatına görə, etirazlarda 516 nümayişçi həyatını itirib, həbs olunan və nəzarətə alınanların sayı isə 20 minə yaxınlaşıb.

Gununsesi.info