İranda daha 3 nəfər edam olundu

  • By admin
  • 23 İyul 2017 16:50

edam
İranda narkotik maddələrin qaçaqmalçılığında günahlandırılan daha 3 nəfər Xürrəmabad və Zabül şəhərlərində edam edilib.

Axar.az xəbər verir ki, zindanda saxlanılan və üç gün əvvəl edama hazırlıq üçün təkadamlıq kameralara köçürülən müttəhimlərdən 2-si (İrəc Qubadi və Kavus Məleki) sübh saatlarında həmin həbsxananın həyətində dara çəkilib.

Eyni gündə narkotik maddə qaçaqmalçılığı ittihamı ilə Salman Mirşahi adlı daha bir məhbus İranın Sistan-Bəlucistan əyalətinin Zabül şəhər həbsxanasının həyətində edam olunub.

Gununsesi.info