İranda daha bir jurnalist cəzalandırıldı – FOTO

  • By admin
  • 18 Mart 2024 13:30

İranın Kaşan şəhərinin İnqilab Məhkəməsi jurnalist Əli Müslehi barədə 6 il 2 ay həbs cəzası verib.

Gununsesi.info xəbər verir ki, jurnalist “İran rəhbərini təhqir etmək”, “sistemə qarşı təbliğat”, “müqəddəsləri təhqir” və “yalan məlumat yaymaqda günahlandırılıb.

Əli Müslehi 20 iyul 2023-cü ildə təhlükəsizlik məmurları tərəfindən həbs edilib.

O, 23 sentyabr 2023-cü ildə 1 milyard tümən girov qarşılığında müvəqqəti olaraq sərbəst buraxılıb.

Jurnalist bundan əvvəl ictimai fəaliyyətlərinə və tənqidi yazılarına görə həbs olunub.

 

Gununsesi.info