İranda dövlət binaları yandırıldı

  • By admin
  • 28 Oktyabr 2022 09:27

İranın Qərbi Azərbaycan bölgəsində növbəti iğtişaşlar baş verib.

Gununsesi.info xəbər verir, Mahabad şəhərində etirazçılarla polis əməkdaşları arasında toqquşma zamanı azı 3 nəfər ölüb.

Məlumata görə, şəhərdə keçirilən aksiyada nümayişçilər bank və dövlət binalarına hücum edərək yandırıblar.

Polis etirazçıları dağıtmaq üçün sərt müdaxilə edib.

İnsident zamanı ölənlərlə yanaşı, yaralıların da olduğu bildirilir.

Gununsesi.info