İranda etiraz aksiyaları başladı

  • By admin
  • 18 Dekabr 2021 12:25

İranın Azadşəhr sünnilərinin imam cüməsi Mouləvi Gərgic ölkənin dini lideri Xameneyinin bu şəhərdəki nümayəndəsi Nurmofidinin müdaxiləsi ilə vəzifəsindən uzaqlaşdırılıb.

“Azad İran” “Telegram” kanalı xəbər verir ki, dekabrın 17-də Mouləvi Gərgic cümə namazının başlamasına saatlar qalmış vəzifəsindən kənarlaşdırılıb.

Nurmofidi dünən səhər Gərgicin yerinə Xameneyi tərəfdarı olan ruhanini təyin edib. Azadşəhr əhalisi onun kənarlaşdırılmasına qarşı kütləvi etiraz aksiyaları başladıb.

Hazırda İranın xüsusi təyinatlı qüvvələri Gülüstan vilayətinin müxtəlif şəhərlərinə yeridilib. Mediada yayılan videolarda Mouləvi Gərgicin evinin ətrafında böyük izdihamın olduğu görünür.

Gununsesi.info