İranda etirazçılar polisi təkləyib DÖYDÜLƏR -VİDEO

İranın bir çox əyalətlərində etiraz aksiyaları genişlənir.

Gununsesi.info  xəbər verir ki, yayılan görüntülərdən birində aksiya iştirakçıları polisi döyür.

HTML tutorial

Belə ki, əlində dəyənək və elektroşok olan polis gənc etirazçıya yaxınlaşmaq istəyərkən, arxa tərəfdən etirazçılar ona hücum edir. Kütləvi şəkildə hücuma məruz qalıb döyülən polisin köməyinə həmkarları gəlir.

Qeyd edək ki, İranda bir neçə gün əvvəl “Əxlaq” polisi tərəfindən Məhsa Əmini adlı 22 yaşlı günahsız gənc qızın vəhşicəsinə döyülərək qətlə yetirilməsi ilə başlayan kütləvi etiraz aksiyaları Təbriz, Tehran, İsfahan, Şiraz, Kirmanşah və digər böyük şəhərlərdə davam edir.

Gununsesi.info