İranda etirazçılar SEPAH zabitinin evini yandırıdılar -VİDEO

İsfahanda etirazçıların yatırılmasında iştirak edən SEPAH zabitinin evi yandırılıb.

Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat verir.

Belə ki, ötən gecə qəzəbli isfahanlılar kütləvi etirazları zorakılıqla dağıdan və aksiyaçıları təqib edərək onlara atəş açan SEPAH zabitinin evini mühasirəyə alaraq od vurublar.

Qeyd edək ki, İranda əxlaq polisi tərəfindən saxlanılan 22 yaşlı Məhsa Əmininin ölümündən sonra ölkəboyu başlayan etiraz aksiyaları artıq üç həftəyə yaxındır davam edir.

Gununsesi.info