İranda etirazlar nəticəsində ölənlərin sayı açıqlandı

İranda qadın hüquqlarının müdafiəsi ilə bağlı keçirilən etiraz aksiyaları nəticəsində azı 326 nəfər ölüb.

Gununsesi.info xəbər verir ki, bu barədə CNN İran insan haqları təşkilatlarının Norveç qrupunun (IHRNGO) məlumatlarına istinadən yazıb.

HTML tutorial

Hüquq müdafiəçiləri verilən məlumatın “mütləq minimum” olduğunu iddia edirlər. Onların sözlərinə görə, ölən 326 nəfərdən 43-ü uşaq, 25-i qadındır. CNN qeyd edir ki, bu rəqəmləri müstəqil şəkildə yoxlamaq hazırda mümkün deyil.

Gununsesi.info