İranda evi dağılan azərbaycanlılar küçədə yatırlar -VİDEO

İran hökuməti güneydəki soydaşlarımıza qarşı ayrı-seçkilik etməkdə davam edir.

Gununsesi.info  xəbər verir ki, bu barədə “MOUZE” teleqram kanalı məlumat yayıb.

Bildirilib ki, həmyerlilərimiz Xoy şəhərində zəlzələnin fəsadları qarşısında çarəsiz qalıblar.

Belə ki, baş verən zəlzələdən zərərçəkən azərbaycanlılara baxan da yoxdur. Soydaşımız deyir ki, küçədə yatırlar, onlara çadır da vermirlər.

Xatırladaq ki, yanvarın 18-də Qərbi Azərbaycan əyalətinin Xoy mahalında 5.4 bal gücündə zəlzələ baş verib. Zəlzələ nəticəsində 150-yə yaxın insan xəsarət alıb, ümumilikdə 854 tikiliyə ziyan dəyib.

Gununsesi.info