İranda gizli məktub türklərin tamaşasına son qoydu

  • By admin
  • 20 Avqust 2017 15:16

qashqayteather
İranda Qaşqay türklərinin yaşadığı Firuzabad şəhərində “Qara çadır gəlini” tamaşasının icrası dayandırılıb.

Kult.az xəbər verir ki, bu barədə Qaşqay türklərinin mədəni fəalları məlumat yayıb.

İslami İrşad və Mədəniyyət İdarəsindən alınan icazəyə əsasən, tamaşa bir həftə ərzində həmin idarənin mədəniyyət salonunda icra olunmalı idi. Lakin səhnələşdirildikdən 3 gün sonra onun icrası Firuzabadın İrşad İdarəsi və ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) əməkdaşları tərəfindən dayandırılıb.

Onlar bildirib ki, Tehrandan gələn gizli məktubda tamaşanı səhnələşdirən qrupun belə bir icazəsi olmadığı qeyd olunub. Ona görə də tamaşanın icrası dayandırılmalıdır. Onlar həmçinin tamaşa ilə bağlı şəhərdə yayılan bannerlərin də toplanmasını tələb ediblər.

Gununsesi.info