İranda güclü zəlzələ baş verdi

  • By admin
  • 07 Mart 2018 23:51


İranın Kirman vilayətində növbəti güclü zəlzələ baş verib.

Gununsesi.info xəbər verir ki, Tehran Geofizika İnstitutu Seysmoloji Mərkəzi zəlzələnin 5,4 maqnitudalı olduğunu bildirib.
Zəlzələ episentri Kahnuc şəhərindən 16 km məsafəyə düşüb.

Tələfat və dağıntılarla bağlı məlumat yoxdur.

Qeyd edək ki, ötən ilin noyabrından İranda ardıcıl zəlzələlər baş verir.

 

Gununsesi.info