Son sutka ərzində İranda koronavirusa 7 min 931 nəfər yoluxub, 74 nəfər isə ölüb.
Gununsesi.info xəbər verir ki, bu barədə məlumatı İranın Səhiyyə Nazirliyinin mətbuat katibi Sima Səadət Lari Tehranda keçirdiyi gündəlik mətbuat konfransında deyib. Onun sözlərinə görə, bununla da ümumilikdə İranda yoluxanların sayı 1 milyon 574 min 12 nəfərə, yoluxaraq ölənlərin sayı isə 59 min 483-ə çatıb.
Xüsusi xəstəxanalarda müalicə alan 3 min 689 xəstənin vəziyyəti ağır olaraq qalır. Bununla yanaşı 1 milyon 344 min 791 xəstə sağalaraq evə buraxılıb.
Gununsesi.info