İranda hərbi hissədə atışma: Əsgər 5 nəfəri öldürdü

  • By admin
  • 22 Yanvar 2024 08:36

İranda əsgər kazarmada qətliam törədib.

Gununsesi.info bildirir ki, İran ordusunun cənub-şərqi regional qərargahının komandanı Əmir Qulaməliyan hadisə ilə bağlı məlumat verib.

“Əsgərlərimizdən birinin kazarmada yoldaşlarını atəşə tutması nəticəsində 5 nəfər həyatını itirib”, o deyib.

Hücumun səbəbinin hələ məlum olmadığını bildirən iranlı komandan hadisədən sonra qaçan təcavüzkarın tutulması üçün işlərin aparıldığını bildirib.

Gununsesi.info