İran İslam Respublikasının hərbi-hava qüvvələrinə aid yüngül motorlu təlim təyyarəsi qəzaya düşüb.
Gununsesi.info xəbər verir ki, İsfəhandan Tehrana uçan təyyarə paytaxtın beynəlxalq hava limanı yaxınlığında düşüb. Qəza nəticəsində ekipaj üzvü olan 2 nəfər ölüb.
Təyyarənin texniki nasazlıq nəticəsində qəzaya uğradığı bildirilir.