Bu gün İranın Sistan və Bəlucistan əyalətinin Sirkan sərhəd bölgəsində SEPAH-a məxsus hərbi təlim təyyarəsi qəzaya uğrayıb.
Gununsesi.info xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.
Qəza nəticəsində SEPAH-ın Gülüstan bölməsinin briqada generalı Həmid Mazandarani və pilot Həmid Cəndəqi həlak olub.
Hadisənin təfərrüatı barədə ətraflı açıqlama verilməyib.