İranda hərbi zavodlara hücuma görə həbs edilənlər var 

İran kəşfiyyatçıları İsfahandakı hərbi obyektə hücumda iştirak edənləri həbs edib.

Gununsesi.info xəbər verir ki, bu barədə “Farsnews” nəşri yazıb.

HTML tutorial

“Yanvarın 28-də İsfahanda Müdafiə Nazirliyinin sənaye mərkəzlərindən birində baş vermiş uğursuz təxribat cəhdinin əsas günahkarları müəyyən edilərək həbs edilib”, – deyə agentlik bildirib.

Məlumata görə, hüquq-mühafizə orqanları hücumda İsrail agentlərinin əli olduğunu sübut ediblər.

Xatırladaq ki, yanvarın 28-də İsfahandakı hərbi obyektə pilotsuz uçuş aparatları ilə hücum edilib. İran rəsmilərinin məlumatına əsasən, hücum nəticəsində üç kvadrokopter vurulub, itki yoxdur.

Gununsesi.info