İranda həyəcan böyüməkdə: Koronavirusdan ölənlərin sayı 1284 nəfərə yüksəldi

  • By admin
  • 19 Mart 2020 17:44

Son 24 saat ərzində İranda yeni tip koronavirusdan daha 149 nəfər ölüb. Bununla da, epidemiyadan həyatını itirənlərin sayı 1,284-ə çatıb.

Gununsesi.org-un xəbərinə görə, İranda yeni 1046 virusa yoluxma faktı aşkarlanıb ki, bu da ölkə üzrə 18,407 fakt təşkil edir.

 5,710 nəfər xəstəxanada müalicə nəticəsində sağalaraq evə buraxılıb.