İranda hərbi təyyarə qəzaya uğradı - Pilotlar sağ qaldı

  • By admin
  • 05 Avqust 2019 12:41

İran Hərbi Hava Qüvvələrinə məxsus təyyarə qəzaya uğrayıb. Gununsesi.org xarici KİV-ə istinadən xəbər verir ki, hərbi təyyarə ölkənin cənub-qərbindəki Buşehr əyalətində yerə çırpılıb. 

İlkin məlumatlara əsasən, təlim-məşq uçuşları keçirən zaman təyyarədə texniki nasazlıq baş verib.

Rəsmi açıqlamada bildirilib ki, təyyarədəki 2 pilot qəzadan sağ çıxıb. Təyyarənin modeli haqqında isə məlumat verilməyib.
Gununsesi.org