İranda hakimiyyəti dəstəkləyənlər yanvarın 3-də Tehranın küçələrində yürüş keçirib.
Gununsesi.info “report”a istinadən xəbər verir ki, bu haqda İran dövlət televiziyası məlumat yayıb.
Aksiya iştirakçıları mövcud hakimiyyəti dəstəklədiklərini bildiriblər.
Qeyd edək ki, dekabrın 28-də İranda etiraz aksiyaları keçirilib. Bu aksiyalar zamanı etirazçılarla hakimiyyətin təhlükəsizlik qüvvələri arasında baş verən toqquşmalar nəticəsində 27 dinc nümayişçinin öldüyü barədə xəbərlər yayılıb.
Gununsesi.info