İranda hava şəraiti ilə əlaqədar tətil elan edilib

  • By Günel
  • 07 Avqust 2024 09:11

İranın paytaxtı Tehran və Elburz əyalətlərində aşırı istilər səbəbindən bütün dövlət qurumları 1 gün tətil olmaqla, 13 əyalətdə saat 10:00-dan sonra tətil qərarı alınıb.

İran hökuməti qərarın ölkədəki həddindən artıq olan istilər səbəbiylə, insanların sağlamlığını qorumaq və enerji istehlakını idarə etmək məqsədi ilə alındığını bildirib.

Gununsesi.info İran mətbuatına istinadən xəbər verir ki, qərara əsasən, Tehran və Elburz vilayətində yardım xidmətləri istisna olmaqla, bütün dövlət qurumları və banklar bağlanacaq.

Ölkənin 13 əyalətində bütün dövlət qurumları və banklar saat 06.00-10.00 arasında xidmət göstərəcək.

İranın cənubunda bəzi bölgələrdə havanın temperaturu 50 dərəcəyə yaxınlaşdığı halda, Hidrometeoroloji proqnozlara görə, Tehranda havanın temperaturu 41 dərəcəyə çatacaq.

 

Günel Həsənova

Gununsesi.info