Tehranda məktəblər və inzibati müəssisələr havanın çirklənməsi səbəbindən bağlanıb. Eyni zamanda özəl təhsil müəssisələri, uşaq bağçaları, banklar, dövlət qurumları, rəsmi və özəl inzibati müəssisə, həmçinin təşkilatlar da bağlanıb.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, İranın bir çox əyalətlərində enerjiyə qənaət etmək və ölkədə qaz balanssızlığını tənzimləmək üçün bu gün ibtidai, orta və liseylər, universitetlər, dövlət idarələri və banklar bağlanıb.
Digər əyalətlərdə tətilin enerjiyə qənaət məqsədi ilə elan edildiyi bildirilsə də, paytaxt Tehranda tətilin keçirilməsinin səbəbi “havanın çirklənməsi” olaraq açıqlanıb.
Ümumiyyətlə, enerji təchizatı və havanın çirklənməsinin üstünlük təşkil etdiyi İranda ibtidai, orta məktəb, liseylər, universitetlər, dövlət idarələri və banklar tez-tez bağlanır.
Günel Həsənova