İranda hökumət sözçüsü də koronavirusa yoluxdu – Dünya ölkələri İranlı rəsmilərlə görüşləri təxirə sala bilər (FOTO/VİDEO)

  • By admin
  • 26 Fevral 2020 11:27
İran səhiyyə nazirinin müavini İrəc Hərirçidən sonra hökumət sözçüsü Əli Rəbii də koronavirus şübhəsi ilə xəstəxanaya yerləşdirilib.
Gununsesi.org xarici mətbuata istinadən xəbər verir ki, ötən gün ikisi birgə mətbuat konfransı keçirib. Bildirilir ki, ölkədə virus sürətlə yayılır. Bu vaxta qədər İranda koronavirus səbəbindən ölənlərin sayı 16-ya çatıb, 11 əyalətdə küçəyə çıxmağa qadağa qoyulub. Rəsmi məlumatlara görə, epidemiyaya yoluxanların sayı isə 95 nəfərdir.
Qeyd edək ki, ötən gün dövlət rəsmilərinin birgə konfransında Hərirçinin tərləməsi və tez-tez su içməsi diqqət çəkmişdir. Koronavirusun da əlamətlərinin istilik və tərləmə olduğu deyilir.

 

 

 

Gununsesi.org