
İranda ötün gün axşam ölkənin cənub-şərqindəki Sistan və Bəlucistan əyalətində naməlum şəxslərin hücumu nəticəsində iki polis məmuru həlak olub, daha bir polis əməkdaşı yaralanıb.
Gununsesi.info xəbər verir ki, bu barədə “Tasnim” agentliyi əyalətin hüquq-mühafizə qüvvələrinin komandanı Hüseyn Aştariyə istinadən məlumat yayıb.
“Dünən gecə Bampur polis bölməsinin üzvləri patrul xidməti zamanı cinayətkarların hücumuna məruz qalıb”, – o bildirib.
Qeyd olunub ki, hücum edənlər hadisə yerindən qaçıblar.
Gununsesi.info