İranda iki ziyarətgah yandırıldı

  • By admin
  • 10 İyun 2023 19:25

İranın İlam vilayətində iki ziyarətgah yandırılıb.

Gununsesi.info xəbər verir ki, bu barədə IRNA məlumat yayıb.

Bildirilib ki, bu gün Abdanan-Dehloran yolunda yerləşən iki ziyarətgah naməlum şəxslər tərəfindən yandırılıb.

İlam prokurorluğu ziyarətgahların yandırılması ilə bağlı araşdırma başlandığını bildirib.

Hadisə ilə bağlı bir neçə şübhəli şəxs saxlanılıb.

Gununsesi.info