İranda ilin əvvəlindən 400-dən çox insan edam edilib - BMT ekspertləri narahatdırlar

İranda edamların sayı ilin əvvəlindən bu yana 400-dən çox olub.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, BMT ekspertləri bununla bağlı narahatlıqlarını bildiriblər.

BMT-nin 11 müstəqil ekspertdən ibarət qrupunun bəyanatında deyilir ki, İran təkcə avqust ayında 81 ölüm hökmü icra edib ki, bu da iyulda bildirilən 45 edamdan əhəmiyyətli dərəcədə çoxdur.

Onlar deyirlər ki, ölkədə 2024-cü ilin əvvəlindən 15-i qadın olmaqla 400-dən çox adam edam edilib: “Biz edamların sayının kəskin artmasından dərin narahatıq”.

Ekspertlər BMT-nin İnsan Haqları Şurası tərəfindən təyin olunub, lakin onlar BMT-nin özünün adından danışa bilmirlər.

İnsan haqları fəallarının, o cümlədən Amnesty International təşkilatının fikrincə, İran ildə edamların sayına görə Çindən sonra ikinci yerdədir.

BMT ekspertləri, o cümlədən İranda insan haqlarının vəziyyəti məhkəməsiz və özbaşına edamlar üzrə xüsusi məruzəçiləri avqust ayında edam edilənlərdən 41-nin narkotiklə bağlı cinayətlərə görə məhkum edildiyini bildiriblər:“Narkotik cinayətlərə görə edamlar beynəlxalq standartları pozur”.

Ekspertlər həmçinin qeyd ediblər ki, onlar ölüm hökmü ilə nəticələnən məhkəmələrin çox vaxt lazımi proses zəmanətlərinə cavab vermədiyi barədə məlumat alıblar.

Ekspertlər “günahsız insanların edam oluna biləcəyindən son dərəcə narahat olduqlarını” bildiriblər və edamların dayandırılmasını istəyiblər.

 

 

Şəbnəm

Gununsesi.info