İranda bir nəfərin İsrail kəşfiyyat xidməti Mossad adından fəaliyyət göstərməkdə ittiham edilərək edam edildiyi bildirilib.
Gununsesi.info bildirir ki, “Tesnim” xəbər agentliyinin məlumatına görə, 28 yanvar 2023-cü ildə İsfahanda müdafiə sənayesi obyektinə hücum planı hazırlayarkən saxlanılan şəxs edam edilib.
Mossad adından fəaliyyət göstərdiyi iddia edilən sözügedən şəxsin kimliyi ilə bağlı heç bir təfərrüat verilməyib.
2023-cü il sentyabrın 18-də eyni ittihamla edam cəzasına məhkum edilən 4 nəfərin hökmü yanvarın 29-da icra olunub.
Gununsesi.info