İranda itkin düşmüş sabiq deputatın meyiti tapılıb

  • By admin
  • 21 Noyabr 2019 22:14

İranda itkin düşmüş sabiq deputat Seyyid Əli Hüseynzadənin meyiti tapılıb.

Gununsesi.org-un APA-ya istinadən məlumatına görə, bu barədə Kohkuliyə-Boyer Əhməd əyalətinin ekspertiza mərkəzinin müdiri Möhsin Cəlil bildirib.

Onun sözlərinə görə, axtarış zamanı 60 yaşlı sabiq deputatın meyiti Yasuc şəhərinin Əbuzər xiyabanında yerləşən yarımçıq tikilinin liftinin şaxtasında aşkar edilib.

Deputatın ölüm səbəbi araşdırılır.

Qeyd edək ki, sabiq deputat 3 gün öncə itkin düşüb.

Xatırladaq ki, Seyyid Əli Hüseynzadə 1984-1988-ci illərdə parlamentdə deputat olub. Eyni zamanda o, Mədəniyyət və İslami İrşad Nazirliyinin Kohkuliyə-Boyer Əhməd əyalət şöbəsində çalışıb.

 

Gununsesi.org