İranda kəşfiyyat savaşları: Nüvə aliminə sui-qəsd edildi

  • By admin
  • 27 Noyabr 2020 18:54

İranın Tehran vilayətinin Absərd şəhərində İranın nüvə-raket alimi Möhsün Fəxrizadə və onu müşayiət edən mühafizəçilərə sui-qəsd olunub.

Gununsesi.org  Trend-ə istinadən bildirir ki, Mustafa Xomeyni prospektində öncə partlayış, sonra isə atışma baş verib.

Atışmada 3-4 nəfərin öldüyü bildirilir. İranlı alimin taleyi haqda hələlik məlumat yoxdur.

Gununsesi.org