İranda keçiriləcək prezident seçkilərində 6 namizəd seçkiyə buraxıldı

  • By admin
  • 22 Aprel 2017 13:14
unnamed (14)
May ayında İranda  keçiriləcək prezident seçkilərində 6 namizəd iştirak edəcək.
Gununsesi.info “Fars News”ə istinadən xəbər verir ki, İranın Daxili İşlər Nazirliyi ölkədə may ayının 19-da keçiriləcək prezident seçkilərində iştirak edəcək rəsmi namizədlərin  adını açıqlayıb.
Qərar əsasən  ancaq bu 6 namizəd prezident seçkilərində namizəd kimi iştirak etmək hüququ əldə edib və onlar nəzərdə tutulan standartlara  cavab verir.
Namizədlər siyahısına indiki prezident Həsən Ruhani, birinci vitse-prezident  İshaq  Cahangiri, Tehranın meri Mühəmməd Baker Kalibaf,  Məşhəddəki İmam Rza müqəddəs ocağının   rəhbəri  Seyid İbrahim Rəisi, sabiq nazir Seyid Mustafa Ağa Mirsalim, sabiq vitse-prezident Seyid Mustafa Haşimi Taba daxildir.
Sabiq prezident mühmud Əhmədinejat, onun yaxın koməkçisi və sabiq vitse-prezident Həmid Bakayi seçki marofonunda iştirkadan uzaqlaşdırılıblar.
İran DİN məlumat yayıb ki, artıq bu gündən etibarən seçki kampaniyasına start verilib.
Ağsaqqallar Şurası  may ayında keçiriləcək prezident seçkisində iştirak etmək üçün 1600 namizədin sənədini yoxlayıb.
İran DİN eyni zamanda bəyan edib ki,  növbəti ay birbaşa efirdə  hər hansı  birbaşa canlı debatlar olmayacaq. Efirdə ancaq namizədlərin əvvəlcədən lentə alınan  videoyazısı yayımlanacaq.
Gununsesi.info