İranda keçirilən seçkilərin nəticələri açıqlandı

  • By admin
  • 04 Mart 2024 15:18

İranın Seçki Qərargahı seçkilərin birinci turundan sonra parlamentə seçilmiş 245 deputatın adını açıqlayıb.

Gununsesi.info xəbər verir ki, bu barədə İRNA agentliyi məlumat yayıb.

Məlumata görə, onların arasında parlamentin əvvəlki çağırış sədri Məhəmməd Baqir Qalibaf da var. O, 447 mindən çox səs toplayaraq yeni müddətə yenidən seçilməyi bacarıb.

Agentliyin məlumatına görə, parlamentdə daha 45 yerin taleyi səsvermənin ikinci turunda həll olunacaq. Onun keçirilmə tarixi hələ göstərilməyib.

Parlamentin tərkibi 290 deputatdan ibarətdir, səlahiyyət müddəti dörd ildir.

Ölkə konstitusiyasında siyasi, coğrafi və digər amillər nəzərə alınmaqla deputatların sayının dəyişdirilməsinin mümkünlüyü nəzərdə tutulur – hər 10 ildən bir deputatların sayı 20 nəfər artırıla bilər. Parlamentdə beş yer dini azlıqlar üçün ayrılıb: assuriyalı xristianlar və xaldeylilər birlikdə bir deputat, erməni xristianlar iki, yəhudilər və zərdüştilər hərəyə bir deputat seçirlər.

İranda martın 1-də Məclis və Ekspertlər Şurasına seçkilər keçirilib. IRNA-nın məlumatına görə, seçkilərdə fəallıq 41%, Tehranda isə 24% olmaqla rekord aşağı səviyyədə olub. Rəsmilər yekun fəallığın 2020-ci ildəki son seçki kampaniyası zamanı qeydə alınan 42,5%-dən yüksək olacağını proqnozlaşdırsalar da, lakin fəallıq bu proqnozdan aşağı olub.

Gununsesi.info