İranda kişilər və qadınlar bir yerdə ziyafət keçirdikləri üçün həbs edilib

  • By admin
  • 06 Sentyabr 2019 13:11

 

İranın rəsmi İRNA xəbər agentliyi polisin Tehran əyalətində keçirilən ziyafətdə kişilər və qadınlar olmaqla 22 nəfərin həbs edildiyini bildirib.

Buna səbəb isə  kişi və qadınların ziyafətdə bir yerdə olmasıdır. Bu, İranın şəriət qanunlarına ziddir.

Cümə axşamı günü Damavənd prokuroru Həsən İbrahimi 13 kişi və 9 qadının həbs edildiyini və onlardan spirtli içkilər müsadirə edildiyini bildirib.

Xəbərdə ziyafətin Damavənd şəhəri yaxınlığındakı bir villada keçirildiyi və qonaqlıqda olan bütün şəxslərin avtomobillərinin də polis tərəfindən aparıldığı deyilib.

1979-cu il İslam inqilabından bəri İranda spirtli içki içilməsi və ya bir-biri ilə yaxın qohumluğu olmayan müsəlman kişi və qadınların ziyafətlərdə bir araya gəlməsi qadağandır.