İranda koronavirus qurbanlarının sayı 14 mini ötdü

  • By admin
  • 19 İyul 2020 15:11

İranda son sutka ərzində koronavirusaz 2 182 yoluxma qeydə alınıb.

Gununsesi.org xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin nümayəndəsi Sima Sadat Lari bildirib.

O, qeyd edib ki, ölkədə koronavirus qurbanlarının sayı 14 mini ötüb.

IRINN telekanalına müsahibə verən nazirlik rəsmisi qeyd edib ki, son sutkada 209 nəfər təhlükəli virusun qurbanı olub.

İranda koronavirusa yoluxmanın aşkarlandığı 19 fevraldan bu günə kimi COVID-19-a 273 788 yoluxma aşkarlanıb. Ölkədə virusa yoluxmuş 14 188 nəfər vəfat edib. Bununla yanaşı, ölkədə virusa yoluxmuş azı 237 652 pasiyent sağalıb.

 

 

Gununsesi.org