İranda koronavirus qurbanlarının sayı 18427 nəfərə çatıb

  • By admin
  • 09 Avqust 2020 14:26

İranda son sutka ərzində yeni növ koronavirusdan (COVID-19) 163 nəfər vəfat edib.

Gununsesi.info-nun məlumatına görə, bu barədə İran Səhiyyə Nazirliyi məlumat yayıb.

İrandan koronavirusdan ölənlərin sayı 18427 nəfərə çatıb. İranda son sutka ərzində koronavirusa 2020  yoluxma halı qeydə alınıb və indiyə kimi COVID-19-a yoluxanların ümumi sayı 336712 nəfərə çatıb. İndiyədək xəstəlikdən 284371 nəfər sağalıb.

Hazırda virus daşıyıcısı olan xəstələrdən 4022 nəfərin vəziyyəti ağır və ya orta ağırdır.

 

 

Gununsesi.info