İranda koronavirusa yoluxanların sayı 150 mini ötdü

  • By arzu
  • 31 May 2020 15:07

İranda son sutka ərzində yeni növ koronavirusdan (COVID-19) 63 nəfər vəfat edib.

Gununsesi.org xəbər verir ki, bu barədə İran Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, İranda koronavirusdan ölənlərin sayı 7797 nəfərə çatıb.

İranda son sutka ərzində koronavirusa 2516 yoluxma halı qeydə alınıb və indiyə kimi COVID-19-a yoluxanların ümumi sayı 151 466 nəfərə çatıb.

İndiyədək xəstəlikdən 118 848 nəfər sağalıb.

Hazırda virus daşıyıcısı olan xəstələrdən 2527 nəfərin vəziyyəti ağır və ya orta ağırdır.

Gununsesi.org