İranda koronavirusa yoluxanların sayı 400 min nəfəri keçib

  • By admin
  • 13 Sentyabr 2020 14:15

İranda ötən sutka ərzində 2 089 nəfər koronavirusa (COVID 19) yoluxub.

Gununsesi.info-nun məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib.

S.Sadat Larinin sözlərinə görə, bununla da İranda bu virusa yoluxanların sayı 402 029 nəfərə çatıb. Virus daşıyıcılarından 3 791 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

Nazirlik rəsmisi deyib ki, İranda ötən 24 saat ərzində 128 nəfər koronavirusdan ölüb. Beləliklə İranda bu virusdan ölənlərin sayı 23 157 nəfərə yüksəlib.

Sadat Lari əlavə edib ki, İranda indiyədək 346 242 nəfər koronavirusdan sağalıb.

Sadat Lari qeyd edib ki, İranın Tehran, Mazandaran, Gilan, Qum, İsfahan, Rəzəvi Xorasanı, Şərqi Azərbaycan, Kirman, Şimali Xorasan, Simnan, Yəzd, Zəncan və Qəzvin vilayətləri qırmızı zonalar hesab olunurlar.

İranda indiyədək 3,55 milyondan çox diaqnoz testi həyata keçirilib.

 

 

Gununsesi.info