İranda yeni tip koronavirusdan (Covid-19) daha 129 nəfər ölüb.
Gununsesiaz.info-nun məlumatına görə, bununla da, epidemiyadan həyatını itirənlərin sayı 1685-ə çatıb.
İranın Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur deyib ki, yeni 1028 virusa yoluxma faktı aşkarlanıb ki, bu da ölkə üzrə 21 min 638 fakt təşkil edir.
K.Cahanpur 7913 nəfərin xəstəxanada müalicə nəticəsində sağalaraq evə buraxıldığını qeyd edib.
Gununsesiaz.info