İranda koronavirusdan ölənlərin sayı 22798 nəfərə yüksəlib

  • By admin
  • 10 Sentyabr 2020 14:13

İranda ötən sutka ərzində 129 nəfər koronavirusdan (COVID-19) ölüb.

Gununsesi.info-nun məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib.

S.Sadat Larinin sözlərinə görə, bununla da İranda bu virusdan ölənlərin sayı 22798  nəfərə yüksəlib.

 

 

Nazirlik rəsmisi deyib ki, İranda ötən 24 saat ərzində 2063 nəfər koronavirusa yoluxub. Beləliklə, İranda bu virusa yoluxanların sayı 395488  nəfərə yüksəlib. Virus daşıyıcılarından 3728 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

O əlavə edib ki, İranda indiyədək  340842 nəfər koronavirusdan sağalıb.

 

 

Gununsesi.info