İranda koronavirusdan ölənlərin sayı 63 mini ötdü

İranda son sutka ərzində 11 680 nəfərdə koronavirus aşkarlanıb, 161 nəfər vəfat edib.

 Gununsesi.info xəbər verir ki, bununla da ölkədə xəstələnənlərin sayı 1 932 074-ə, virus qurbanlarının sayı isə 63 160-a yüksəlib. İndiyədək 1 650 569 xəstə sağalıb.

HTML tutorial

Ölkədə 218 345 aktiv koronavirus xəstəsi var ki, onlardan da 4 057-nin vəziyyəti ağır qiymətləndirilir.

Gununsesi.info